http://london-ipo.com/2015/baku/wp-content/uploads/2015/05/TheLawSociety-logo-206-2-e1431611625631.png

Qanun Cəmiyyəti (Law Society) İngiltərə və Uelsdə məsləhətçi hüquqşünasları təmsil edir, üstün peşə standartlarına və qanunun aliliyinə rəvac verərək üzvlərini dəstəkləmək və təmsil etmək məqsədilə qlobal miqyasda fəaliyyət göstərir. İngiltərə və Uelsdə məsləhətçi hüquqşünaslara yardım etmək, onların hüquqlarını qorumaq və fəaliyyətini dəstəkləmək istiqamətində peşəni tənzimləyən, həmçinin hökumət və digər qurumlarla danışıqların aparılması, lobbiçilik, təlim və məsləhət xidmətlərini göstərir.

Qanun Cəmiyyətinin beynəlxalq idarəsi üzvləri adından fəaliyyət göstərərək İngiltərə və Uelsdən olan məsləhətçi hüquqşünasların xarici bazarlarda üzləşdikləri maneələrin aradan qaldırılması, beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması və saxlanması ilə məşğuldur. London və Brüsseldəki idarələrdən fəaliyyət göstərən beynəlxalq idarə xariclə işləyən və ya beynəlxalq fəaliyyət imkanlarını araşdıran hüquq şirkətlərinə və peşəkar hüquqşünaslara praktiki dəstək, təlim, məlumat və məsləhət xidmətlərini göstərir.

Beynəlxalq idarənin nəzdindəki beynəlxalq bölmə Qanun Cəmiyyəti üzvlərinin forumudur. Üzvlük beynəlxalq əlaqələrini inkişaf etdirmək və beynəlxalq bazarlarda çalışmaq tələbatı olan hüquq şirkətlərini, təşkilatdaxili hüquqşünas heyətlərini və hüquq peşəkarlarını əlaqələrlə, vasitələrlə və bazarlara dair son analitik məlumatla təmin edir. Xarici hüquqşünasları bu xidmətə qoşulmaq və ondan yararlanmağa dəvət edirik.

http://www.lawsociety.org.uk