Deloitte Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir və audit, vergi və hüquq üzrə xidmətlər təklif edən etibarlı bir şirkət kimi tanınır. Deloitte Bakı şəhərində 100-dən artıq peşəkar mütəxəssis ilə təmsil olunur.

Deloitte Azərbaycan Deloitte Touche Tohmatsu Limited (DTTL) şəbəkəsinin üzvü olan Deloitte CIS Holdings Limited-in (“Deloitte MDB”) bir hissəsidir. Biz, 11 MDB ölkəsində, Gürcüstan və Ukraynada fəaliyyət göstərən 3,000-dən yuxarı əməkdaşımızla müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstəririk.

Deloitte MDB Rusiyada (Moskva, Sankt-Peterburq, Ufa, Yujno-Saxalinsk, Yekaterinburq), Ukraynada (Kiyev), Belarusiyada (Minsk), Gürcüstanda (Tbilisi), Azərbaycanda (Bakı), Qazaxıstanda (Aktau, Almatı, Astana, Atyrau), Qırğızıstanda (Bişkək), Özbəkistanda (Daşkənd), Tacikistanda (Düşənbə) və Türkmənistanda (Aşxabad) təmsil olunur.

Dünya üzrə 150-dən çox ölkədə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-un dünya üzrə 210,000-dən çox peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.

Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və ayrı-ayrılıqda hər biri müstəqil hüquqi şəxs olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə aid ola bilər.

http://www.deloitte.az